Content area

Abstract

Dissertasiya işinin əsas məqsədi II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak ədən əməkdaşlar ilə psixofizioloji və psixososial reabilitasiya işlərinin təşkil edilməsidir. Tədqiqatın obyektini II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak ədən 18-35 yaşlı əməkdaşlar təşkil edir. Tədqiqatın predmeti isə II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak edən əməkdaşlarda təzahür edən müharibə travmalarının aradan qaldırılması və reabilitasiya işlərinin təşkil edilməsidir. Tədqiqat işimizin əsasə fəziyyəsi belədir ki, II Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularda postmüharibə dövründə psixofizioloji və psixososial reabilitasiya almamışdan əvvəl posttravmatik stress səviyyəsi, psixofizioloji və psixososial reabilitasiya alandan sonra posttravmatik stress səviyyəsindən əhəmiyyətli səviyyədə fərqlənir. Əsas fərziyyə ilə yanaşı bir neçə köməkçi fərziyyələrdə irəli sürülmüşdür: - II Qarabağ müharibəsindən əvvəl digər ağır hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçuların posttravmatik stress səviyyəsi, digər ağır hərbi əməliyyatlarda iştirak etməyən hərbi qulluqçuların posttravmatik stress səviyyəsinə nisbətən əhəmiyyətli səviyyədə fərqlənir. - II Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçular arasında, əvvəlki illərdə psi-xoloji yardım alan hərbi qulluqçuların müharibədən sonra posttravmatik stress səviyyəsi, əvvəlki illərdə psixoloji yardım almayan hərbi qulluqçuların posttravmatik stress səviyyəsinə nisbətən əhəmiyyətli səviyyədə fərqlənir. - II Qarabağ müharibəsində əlillik statusu alan hərbi qulluqçuların posttravmatik stress səviyyəsi əlillik dərəcəsinə görə əhəmiyyətli səviyyədə fərqlənir. Tədqiqatın nəticələrinin riyazi-statistik təhlili üçün SPSS prqramı istifadə edilmişdir. Eksperimental iş zamanı qarşıya qoyduğumuz fərziyyələrin hər biri təsdiq olunmuşdur. Əldə etdiyimiz nəticələri statistik səviyyədə əhəmiyyətli olduğuna görə etibarlı hesab etmək mümkündür.

Alternate abstract:

The main purpose of the study is to organize the psychophysiological and psychosocial rehabilitation of military servant who participated in the hostilities during the Second Karabakh War. Object of study. Young military servant aged 18-35 who participated in the fighting during the Second Karabakh War. Subject of study. Elimination of post-traumatic stress disorder and organization of rehabilitation work for young military servant who participated in the hostilities in the Second Karabakh War. Hypotheses of research. The main hypothesis of the study is the level of post-traumatic stress before and after the psychophysiological and psychosocial rehabilitation of military servant participated in the fighting during the Second Karabakh War. Auxiliary hypotheses. Among the military servant participated in the fighting during the Second Karabakh War: - the level of post-traumatic stress in those who previously received psychological assistance differs from the level of military personnel who received psychological assistance for the first time; - the level of post-traumatic stress in those who have previously participated in hostilities is different from those who have not previously participated in such hostilities; - the level of post-traumatic stress in people with disability status varies depending on the degree of disability. For statistical processing of the results obtained during the study, the SPSS 28 program was used. Since our results are statistically significant, our hypotheses were confirmed.

Details

Title
Hərbi Əməliyyatlarda Iştirak Etmiş Əməkdaşlarla Aparılan Psixofzioloji Və Psixososial Reabilitasiya Işinin Təşkili
Author
Babayeva, Mənsura
Publication year
2022
Publisher
ProQuest Dissertations & Theses
ISBN
9798382349855
Source type
Dissertation or Thesis
Language of publication
Azerbaijani
ProQuest document ID
3053051528
Copyright
Database copyright ProQuest LLC; ProQuest does not claim copyright in the individual underlying works.