Content area
Abstract
Mövzunun işlənmə səviyyəsi. Günümüzə qədər internet asılılığı və onun təsirləri ilə bağlı bir çox araşdırma aparılmışdır. 1999-cu ildə İnternet Davranışları Mərkəzi müdürü olan David Greenfield ABC news.com ilə birlikdə bir tədqiqat aparmış və nəticədə müəyyənləşdirmişdir ki, internetin təklif etdiyi xidmətlər istifadəçilərin şəxsiyyətinin parçalanmasına, zamanın düzgün şəkildə istifadə olunmamasına, reallığın itməsinə, həmçinin, anlıq zövq almaq kimi pozuntulara tutulma riskini artırır və bu kimi hallar bütün internet istifadəçilərinin 6%-nin gündəlik həyatlarında özünü göstərir. İnternet fərdlərin biri digəri ilə asanlıqla əlaqə, məsafəsiz digər şəxslərlə sürətlə münasibət qurmasına yardımçı olan və bilik mənbəyi olan mühüm vasitədir. Elektron poçt vasitəsilə dünyanın başqa bucağında olan insanlarla video konfranslar etmək, dünya kitabxanalarından bilik əldə etmək, dünyada baş verənlərdən anında xəbər tutmaq, musiqi dinləmək və ya film seyr etmək, oyun oynamaq, sərhədsiz və zəhmət çəkmədən alış-veriş etmək, evdə olarkən belə maliyyə əməliyyatları aparmaq – bunlar intertin fərdlərin həyatına qatdığı saysız-hesabsız işlərdən yalnız bir neçəsidir. Tədqiqatın metodologiyası. Tədqiqatın metodoloji əsasını araşdırılan problemlə bağlı müxtəlif psixoloji tədqiqatlarda irəli sürülən elmi-nəzəri konsepsiyalar təşkil edir. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün müxtəlif psixoloji tədqiqat metodlardan istifadə edilmişdir. Tədqiqatda internet asılılığını müəyyənləşdirmək üçün Kimberli-Yanq (K.Yanq) internet asılılığı anketindən, internet asılılığının yeniyetmələrin həyatına göstərdiyi təsiri öyrənmək üçün "Həyat Tərzi Göstəricisi" testindən (HTG), məktəbli internet istifadəçilərinin depressiya səviyyəsini ölçmək üçün Hameltonun depresiya reytinqi cədvəlindən (Ham-D), həyəcanlılıq və səbəbsiz narahatlıq səviyyəsini ölçmək üçün Ç.D.Spilberqrer və Y.L.Xaninin "Özünüqiymətləndirmə cədvəli" testindən, stressə müqavimət səviyyəsiniölçmək üçün "Stressə müqavimət səviyyəsinin ölçülməsi" testindən istifadə edilmişdir. Tədqiqatın birinci seriyasında 300 nəfər yuxarı sinif şagirdi sınaqdan keçirilmiş, onlardan 60 nəfəri internet asılılığı olan yeniyetmə kimi müəyyənləşdirilmişdir. Bu mərhələdən sonra internet asılılığı olan 60 nəfər yeniyetmə eksperiment qrupuna aid olmuşdur. Tədqiqatı müqayisəli aparacağımız üçün 60 nəfər yeniyetmə də seçilərək kontrol qrupuna daxil edilmişdir. Lakin bu yeniyetmələrin internet asılılığı yoxdur. Elmə məlumdur ki, hər şey müqayisədə dərk olunur, buna görə də biz tədqiqatı müqayisəli aparmaq qərarına gəldik. Birinci seriyadan sonra sınanılan yeniyetmələr artıq 2 qrup daxilində: kontrol və eksperiment qrupları daxilində sınaqdan keçiriləcəklər. Beləıliklə, tədqiqatın birinci seriyasında 300 nəfər yeniyetmə sınaqdan keçirildisə, növbəti mərhələlrdə 120 nəfər yeniyetmə: 60 internet asılılığı olan-eksperiment qrupu, 60 internet asılılığı olmayan –kontrol qrupu sınaqdan keçiriləcəkdir. Hər bir qrupda tədqiqatın reprezantativliyini qorumaq üçün 30 qız, 30 oğlan yeniyetmə sınanılmışdır. Beləliklə, tədqiqatın əsas hissəsinə ümumilikdə 120 nəfər internet istifadəçisi olmaqla 60 internet asılılığı olmayan, 60 internet asılılığı olan olan məktəbli (14-18 yaş) cəlb olunmuşdur. Tədqiqatın elmi yeniliyi. Müasir dövrdə məktəblilərdə internet asılı- lığının sosial-psixoloji məsələləri araşdırılmış, internet asılılığının yaran- masına təsir göstərən amillər sistemləşdirilmiş, müqayisəli sosial-psixoloji təhlil əsasında müxtəlif etnik zəmində internet asılılığının yaratdığı psixoloji problemlər təhlil olunmuşdur.





