Content area
Abstract
Bu hissədə mövzunun aktuallığı,problemin öyrənilmə dərəcəsi,tədqiqatın obyekti və predmeti,tədqiqatın məqsədi və vəzifələri,irəli sürülən hipotezlər,tədqiqatın elmi əhəmiyyəti,tədqiqat zamanı istifadə olunan metodlar,tədqiqatın strukturu yer almışdır. Mövzunun aktuallığı. Dünyada eləcə də Azərbaycanda son dövrün ən vacib mövzularından biri Autizm spektr pozuntularıdır. Bu istiqamətdə istər maarifləndirmə,istərsə də tədqiqatlar günü-gündən artır və tələbat halına keçir. Unutmaq olmaz ki,illər keçdikcə ASP diaqnozu ilə daha tez-tez qarşılaşırıq. Dünya əhalisinin 1 %-də ASP diaqnozu görülür. Tədqiqatçıların əsas diqqəti məhz bu istiqamətdədir. ASP diaqnozunun dünya əhalisində rast gəlmə tezliyinin aşağı endirilməsi qarşıya qoyulan məqsədlərdən biri hesab olunur. Yayılmış inkişaf pozuntuları və ya ASP erkən uşaqlıq dövründən başlayan,sosial bacarıqlarında,dil inkişafında və davranış sahəsində uyğun inkişafı olmayan bir pozuntudur. ASP-duyğusal və sosial münasibətlərdə digər insanlara nisbətən daha məhdud olur. Nitqin inkişafında gecikmə olduğu üçün istər verbal istərsə də qeyri-verbal ünsiyyətdə pozuntu görülür. Bununla yanaşı təkrarlanan davranış stereotipləri ilə də qarşılaşırıq. Bir zamanlar diaqnoz olaraq Asperger sindromu,Autizm,Rett sindromu və s.qoyulurdusa 2013-cü ildən bəri “Autizm Spektr Pozuntusu” diaqnozu qoyulmağa başlanıldı. Buna səbəb olaraq diaqnoz eyni olmuş olsa belə hər bir uşaqda müəyyən fərqliliklər rast gəlinirdi və nəticə etibarilə alimlər bir standartlaşmanın qəti olaraq əleyhinə idilər.(59) Üç sahədə pozulma ilə ASP xarakterizə olunur.Beləliklə üç əsas əlamət diqqət mərkəzindədir: 1.Sosial ünsiyyətdə defisit; 2.Nitq inkişafının ləngiməsi; 3.Məhdud maraq dairəsi və təkrarlanan davranışlar. Sosial ünsiyyətdə defisit: Belə olan halda:1. Uşaq öz yaşıdları ilə ünsiyyətə girməkdən yayınar;2.Fərqli jestlər və mimiklərdən istifadə edər; 3. Ətrafda baş verən hadisələr və insanlara qarşı laqeyd,yad münasibət bəsləyər;4.Göz kontaktına girməkdən yayınar;5.Sosial ünsiyyətdə nəzərə çarpacaq qədər geriləmə və pozulma halları olur;6.Sosial münasibətlər formalaşdırmaqda və qoruyub saxlanılmasında çətinlik olur.





